Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib.
“ABŞ Avropa ölkələrində yerləşdirdiyi kimi Belarusda öz ərazisində taktiki nüvə silahı yerləşdirib”, o vurğulayıb.
Belarus Prezidenti deyib ki, ölkəsi qərb sərhədlərində NATO ilə üz-üzədir: “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”.
Onun sözlərinə görə, onlar buna “çəkindirici kəməri” adlandırırlar: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər? - Aleksandr Lukaşenko qeyd edib.