Belçika Ukraynaya qoşun yeritməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Teo Franken bildirib.
Məlumata görə, Belçika münaqişədə atəşkəs əldə edildikdən sonra Fransa və Britaniyanın rəhbərlik etdiyi “istəklilər koalisiyası”nın tərkibində Ukraynaya qoşun göndərə bilər.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, “istəklilər koalisiyası” Ukraynada münaqişənin gərginləşməsində maraqlı olan müharibə tərəfinin birliyidir.
Mina Mikayılova