İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu B.Hacıyev vəkili Aqil Layıc bildirib.
"Bəxtiyar Hacıyev barəsində ev dustaqlığının seçilməsinə dair Xətai Rayon Məhkəməsinə müraciət edildi", -deyə vəkil bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Ramid İbrahimov














jpg-1674027143.webp)

