• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Beyləqanda saxlanılanlardan 5 kq narkotik aşkarlandı

HADİSƏ

09 Aprel 2024 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Beyləqanda saxlanılanlardan 5 kq narkotik aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

    Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub.

    Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026