Böyük Britaniya alimləri "Omikron"a təkrar yoluxma riski barədə açıqlama veriblər.
Bakıvaxtı.az xəbər verir ki, onlar "Delta"ya nisbədən bu ştama yoluxma riskinin 5-6 dəfə çox olduğunu bildirir.
"Omikron" dekabrdan Avropa və Amerikada yayılır. Amma Cənubi Afrika alimləri bildirir ki, noyabrdan bu yana ölkədə "Omikron"a 2-3 dəfə yoluxan xəstələr var.
Bəs virusa ikinci dəfə yoluxmamaq üçün nə etməliyik?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bir dəfə “Omikron”a yoluxduqdan sonra ikinci dəfə eyni ştama yoluxmaq ehtimalı çox aşağıdır: Bu, koronavirusun digər ştamlarında da belə idi. Sadəcə, əvvəllər koronavirusun digər variantlarına yoluxanlar indi asanlıqla omikrona yoluxur. Amma “Omikron”a yoluxan adamın yenidən bu ştama yoluxması ehtimalı sıfıra yaxındır. “Omikron”a yoluxan adam bir də bir ildən sonra yoluxa bilər”.
Həkim qeyd edib ki, qorunma qaydaları hamısında eynidir: “Virus aerozol yolu ilə yoluxduğu üçün, birinci növbədə, maska taxmaq və sosial məsafəni qorumaq lazımdır. Əgər qorunmaqdan danışırıqsa, başqa nəyəsə ehtiyac olmur”.
Aytac Aslan
















