• Bakı 22° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

BMT Şimali Koreyanı "casus peyki" kimi qınadı

DÜNYA

31 May 2023 | 17:10

BMT Şimali Koreyanı casus peyki kimi qınadı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreya tərəfindən ballistik raket texnologiyasından istifadə edilərək orbitə buraxıldığı bildirilən və raketin texniki nasazlıq nəticəsində dənizə düşməsinə görə uğursuzluqla nəticələnən casus peykinin buraxılması cəhdini pisləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, peyklə bağlı BMT-nin sözçüsü Stefan Dujarrik BMT Baş katibi Antonio Quterreş adından yazılı açıqlama verib. Açıqlamada Quterreşin Şimali Koreyanın casus peyki buraxmaq cəhdini kəskin şəkildə pislədiyi bildirilib.

“Ballistik raket texnologiyasından istifadə edilən istənilən buraxılış Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir. Baş katib Koreya Xalq Demokratik Respublikasına davamlı sülh və Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu dərhal bərpa etməyə çağırışını bir daha təkrarlayır”.

Digər tərəfdən, ABŞ-ın Hind-Sakit Okean Komandanlığından (USINDOPACOM) edilən yazılı açıqlamada söz mövzusu buraxılışın birbaşa Şimali Koreyanın qitələrarası ballistik raket proqramı ilə əlaqəli texnologiyaların yer aldığı bildirilib: “Biz Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı yekdil qətnamələrini həyasızcasına pozan, gərginliyi artıran, regionda və onun hüdudlarından kənarda təhlükəsizliyin sabitliyini pozan riskləri daşıyan ballistik raket texnologiyasından istifadə etməsindən xəbərdarıq. Bu buraxılışa birbaşa Şimali Koreyanın qitələrarası ballistik raket proqramı ilə bağlı texnologiyalar daxildir. Biz vəziyyəti müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx koordinasiyada qiymətləndiririk. Bu hadisənin ABŞ-ın şəxsi heyəti, ərazisi və müttəfiqlərimiz üçün dərhal təhlükə yaratmadığını qiymətləndirdik, lakin vəziyyəti izləməyə davam edəcəyik. Birləşmiş Ştatların ölkənin müdafiəsi, Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyi sarsılmaz olaraq qalır”.

Ay Tac


SON XƏBƏRLƏR