• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

“Böyük Qayıdış” həm də Azərbaycanın dünyaya verdiyi bir mesajdır

LAYİHƏ

09 Aprel 2024 | 14:19

“Böyük Qayıdış” həm də Azərbaycanın dünyaya verdiyi bir mesajdır

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş torpaqlarımıza qayıdış başladı.

“Böyük Qayıdış” İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini, Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən addır. Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.

2026-cı ilə qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hal-hazırda işğaldan azad edilmiş ərazilərin bu yaşayış məntəqələrində Qarabağ və Şərqi Zəngəzurun azərbaycanlı icması məskunlaşdırıb.

İnsanların doğma yurd-yuvalarına qayıtması ilə yeni iş yerlərinin açılması, potensial imkanların yaradılması, dünyanın müvafiq iqtisadi şirkətlərinin yeni investisiya üçün Qarabağa üz tutması qaçılmaz olacaq. Azərbaycanın Qarabağ bölgəsi, Şərqi Zəngəzur rayonu ölkəmizin ən yüksək inkişaf etmiş rayonlarından olacaq.

Azərbaycan artıq 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra yenə bir dövrə qədəm qoyub. Azərbaycan Qarabağ bölgəsini elə intensiv şəkildə bərpa edir ki, dünyanın ən gözəl turizm məkanlarından birinə çevrilir. Bu, xüsusən Birinci və İkinci Dünya müharibəsindən sonra Avropada gedən prosesləri xatırlatsa da, biz öz gücümüzün, enerjimizin, resursumuzun hesabına bunu edirik. Bu da dünya üçün dərs çıxarılası bir örnəkdir.

Tural Gəncəliyev: Qayıdan insanlar o torpaqları daha da gözəlləşdirib abadlaşdıracaq

Xənkəndidən olan millət vəkili Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdış davam edir.

Onun sözlərinə görə, artıq Xocalı və Xankəndiyə qayıdış planlaşdırılıb. Deputat vurğulayıb ki, bu torpaqlarıma “Böyük Qayıdış” proqramı çərçivəsində qayıdış intensivləşəcək:

“Daha çox insan öz doğma torpaqlarına geri dönəcək. Torpaqlarımızın dirçəldilməsi məhz oranın insanlarının qayıtması ilə baş verəcək. Qayıdan insanlar o torpaqları daha da gözəlləşdirib abadlaşdıracaq. “Böyük Qayıdış” həm də Azərbaycanın dünyaya verdiyi bir mesajdır ki, biz qısa zaman ərzində darmadağın edilmiş ərazilərimizi abad hala salırıq”.

Müsahibimizin dediyinə görə, qarşımızda böyük çağırış və təhdidlər var:

“Bu, əsasən, mina problemidir ki, insanlarımızın ora kütləvi qayıtmasına mane olur. Buna baxmayaraq, zaman və vəsait baxımından dövlətimiz əlindən gələni edir. Təəssüf ki, Ermənistanın işğal etdiyi ərazilərə 30 il ərzində vurduğu zərərlər bu gün də davam edir. Mina problemi Ermənistanın aqressiv, təcavüzkar siyasətinin davamıdır. Bu günə qədər həmin təcavüzkar siyasətin davam etdiyinin şahidiyik. Partlayan minaya görə həlak olan hər bir azərbaycanlı məhz Ermənistanın təcavüzkar siyasənin qurbanı kimi nəzərdən keçirilməlidir. Buna baxmayaraq, qarşımızda başqa məqsədlər dayanır. Biz 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatlarından sonra yenə bir dövrə qədəm qoymuşuq. Azərbaycan Qarabağ bölgəsini elə intensiv şəkildə bərpa edir ki, dünyanın ən gözəl turizm məkanlarından birinə çevrilir”.

Onun sözlərinə görə, insanların ora qayıtması ilə yeni iş yerlərinin açılması, potensial imkanların yaradılması, dünyanın müvafiq iqtisadi şirkətlərinin yeni investisiya üçün Qarabağa üz tutması qaçılmaz olacaq: “Vətəndaşlarımız öz torpaqlarına qayıtdıqca iqtisadiyyat da inkişaf edir, çiçəklənir. Əminəm ki, Azərbaycanın Qarabağ bölgəsi, Şərqi Zəngəzur rayonu ölkəmizin ən yüksək inkişaf etmiş rayonlarından olacaq. Dövlətimizin ora investisiya etdiyi maliyyə vəsaiti, görülən işlər ölkəmizin bu bölgəyə yeni bir nəfəs verdiyini, ölkə rəhbərliyinin yeni bir dönəm gətirdiyini göstərir. Vətəndaşlarımızın ora qayıdışı bu konteksdə çox möhtəşəm və gözəl görünür. Bu, xüsusən Birinci və İkinci Dünya müharibəsindən sonra Avropada gedən prosesləri xatırlatsa da, biz öz gücümüzün, enerjimizin, resursumuzun hesabına bunu edirik. Bu da dünya üçün dərs çıxarılası bir örnəkdir”.

Elman Məmmədov: Çox güman ki, Xocalıya mayın sonu, iyunun əvvəllində qayıdış olacaq

Xocalıdan olan millət vəkili Elman Məmmədov da Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qayıdış prosesi davamlıdır, dayanmır:

“Hazırda Laçına intensiv qayıdış gedir. Biz də qayıdışla bağlı dəqiq məlumatları bu məsələ üzrə səlahiyyətli şəxslərdən alırıq. Məndə olan məlumatlara görə, Şuşada 450 mənzillik yaşayış kompleksi tamamlanmaq üzrədir. Ağdamda, Xocalıda, Xankəndidə, bir sözlə hər yerdə çox sürətli işlər gedir. Gözləntimiz ondan ibarətdir ki, yay aylarında, payıza dönəndə Xocalı, Xankəndi, Şuşa, Laçın və digər rayonlarımıza köçlər olacaq. Çox güman ki, Xocalıya mayın sonu, iyunun əvvəllində qayıdış olacaq. Ora 50 ailənin köçürülməsi nəzərdə tutulur”.

Deputat qeyd edib ki, hər yerdə sürətli tikinti işləri gedir. Onun sözlərinə görə, təbii ki, təkcə mənzil tikintisi deyil, eyni zamanda, iş yerlərinin açılması, infrastruktur, enerji təminatı, su təchizatı, rabitə və s. bunların hamısı paralel şəkildə aparılır ki, əhali ora köçürüləndə heç bir şeydən korluq çəkməsin.

“İnşallah yaşayıb görərik. Bir-iki aydan sonra bunların şahidi olacağıq”, - deyə Elman Məmmədov əlavə edib.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

21 Dekabr 2024