• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yeni dünya, yeni çağırışlar: Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf edir

LAYİHƏ

28 Mart 2024 | 12:14

Yeni dünya, yeni çağırışlar: Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf edir

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Çağdaş dünyadakı inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətində əsas rol oyanayan, xalqların taleyində dönüş nöqtələrinə təkan verən vasitəyə çevrilib desək yanılmarıq.

Bu gün Azərbaycan dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Yeni dünya düzənində öz yeri və rolunu müəyyən etməyə səylə çalışır. Azərbaycan XXI əsrdə dünya iqtisadiyyatı və siyasətində özünün optimal təsərrüfatlarını müəyyənləşdirmək istiqamətində intensiv siyasi təlimini ardıcıl həyata keçirir. Ölkəmiz həm qlobal, həm də regional iqteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etməyə çalışır.

Cümşüd Nuriyev əməliyyat oldu Yeni Sabah

Cümşüd Nuriyev: Ölkəmiz daha çox iqtisadi inteqrasiya sahəsində nailiyyətlər əldə edib

Ölkəmizin dünya birliyinə intqrasiyasından danışan politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında son illər Azərbaycanın bu sahədə gördüyü işlərə diqqət çəkib. Müsahibimiz bildirib ki, 2004-cü ildə qəbul olunan Milli Təhlükəsizlik Konsepsiyasına görə Azərbaycan inteqrasiyanı üç istiqamətdə həyata keçirir: regional, atlantizm və avroatlantizm. O, Azərbaycanın bu üç istiqamətdə lazımi işləri gördüyünü deyib.

Politoloq qeyd edib ki, hazırda Azərbaycan Ümumdünya Ticarət Təşkilatında məşvərətçi səslə iştirak edir:

“Azərbaycan Ümumdünya Gömrük Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin GUAM-ın, MDB-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının , İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Şanxay Əməkdaşlıq Təşkilatında isə hələki məşvərətçi səslə iştirak edir. Dünayada elə bir aparıcı təşkilat yoxdur ki, Azərbaycan onun üzvü olmasın, orada iştirak etməsin. Bu təşkilatlar arasında Azərbaycanla bağlı ədalətsiz mövqe tutan AŞPA-da var. Onun Azərbaycanla bağlı qəbul etdiyi qərar çox ədalətsizdir (red - yanvarın 22-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib).

Bütün bunlara baxmayaraq, Azərbaycan öz işini görür. Xüsusilə son zamanlar Azərbaycan Türk Dövlətləri Təşkilatındakı mövqeyini daha da artırıb”.

Politoloqun sözlərinə görə, ölkəmiz daha çox iqtisadi inteqrasiya sahəsində nailiyyətlər əldə edib:

“Azərbaycanın artıq Avropa İttifaqına daxil olan 27 dövlətin 9-u ilə ikitərəfli sazişi var. Ölkəmiz Avropanın 8 dövlətinə qaz təchizatını həyata keçirir. Yaxın zamanlarda isə Avropa İttifaqına daxil olan 11 dövlətin qaz təchizatını öz üzərinə götürüəcək. Bu isə Avropaya inteqrasiya yolunda ən uğurlu gedişdir”.

Düşünürəm ki, cərimələr artırılmalıdır” - Deputat » Naqif Həmzəyev - Azərbaycan Respublikası Milli Məclisin deputatı

Naqif Həmzəyev: Azərbaycan TDT-nin güclənməsinə ən çox töhvə verən dövlətlərdəndir

Millət vəkili Naqif Həmzəyev isə ölkəmizin dünya dövlətlərinə inteqrasiyasından və beynəlxalq təşkilatlarla əməkdaşlığından Bakıvaxtı.az-a danışarkən bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə münasibətlərini inkişaf etdirmək və dünya birliyinə inteqrasiyanı sürətləndirmək üçün müsbət addımlar atıb:

“Azərbaycanın xüsusilə Qoşulmama Hərəkatına üzvlüyü və ona sədrlik etməsi onun diplomatiyasının uğurlu səhifələrindəndir. Torpaqları işğal altında olduğu müddətdə Azərbaycan bu işğala son qoyulması ilə bağlı beynəlxalq platformalarda öz haqq səsinin çatdırdı. Həmin dövrdə Prezident İlham Əliyevin rəhbərli altında hüquqi baza hazırlandı, BMT-nin dörd qətnaməsi əsasında Azərbaycanın ərazi bütövlüyü bir çox beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə dəstəkləndi. İşğal başa çatdıqdan sonra da Azərbaycanın ədalətli zəfərinin təbliğ edilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanla sülh prosesinin həyata keçirilməsi və Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirilməsini yerinə yetirmiş oldu. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dönəmində dünya pandemiya ilə mübarizə aparırdı. Bu zaman Azərbaycan Prezidentinin təşəbbüsü ilə vaksinlərin ədalətli bölüşdürülməsi məsələsi qaldırıldı və əksər dünya dövlətləri bu çağırışı dəstəklədi. BMT-nin xüsusi iclası keçirildi. Bununla Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və sağlamlığını düşünməklə yanaşı daxildə vaksinasiya prosesini uğurla həyata keçirdi. Eyni zamanda yardıma ehtiyacı olan 30-dan çox dövlətə də vaksinlər hədiyyə etdi. Bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasına verdiyi tövhələrdən biri oldu”.

Deputat bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətinə toxunub:

“Heydər Əliyev Fondu vitse-prezident Mehriban xaım Əliyevanın rəhbərliyi ilə beynəlxalq və yerli layihələr həyata keçirir. Xüsusilə də, humanitar və sosialyönümlü layihələr. Bu layihələrin icrası, Azərbaycanın humanitar, sosial məsələlərdə ön sıralarda yer alması dünya ictiimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. 44 günlük İkinci Qarabağ savaşında da məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq layihələr öz müsbət nəticəsini verdi. İndi də bu işlər uğurla həyata keçirilir”.

N.Həmzəyevin sözlərinə görə, son illərdə Türk Dövlətləri Təşkilatının güclənməsi və türk dövlətlərinin əməkdaşlığının gücləndirilməsi də inteqrasiya prosesində atılan ən müsbət addımlardan biridir:

“Artıq yeni dünyada yeni çağırışlar regional birliklərin vacibliyini zəruri edir. İqtisadi maraqlar üzərində yox, həm də dini milli mənəvi dəyərlər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Bu baxımdan Azərbaycan da Türk Dövlətləri Təşkilatının güclənməsinə ən çox töhvə verən dövlətlərdən biridir.

“Düşünürəm ki, Azərbaycan bu günə qədər öz resurslarını yalnız daxili güclənməsi üçün yox, eyni zamanda digər region dövlətlərinin də bundan istifadə etməsi üçün açıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynamaqdadır”, - deyə Naqif Həmzəyev əlavə edib.

Günəş Mərd

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024