• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Liberal iqtisadiyyatın formalaşması islahatların əsas prioritetləri siyahısındadır

LAYİHƏ

19 Mart 2024 | 15:00

Liberal iqtisadiyyatın formalaşması islahatların əsas prioritetləri siyahısındadır

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Dövlətin liberal iqtisadiyyatla bağlı həyata keçirdiyi tədbirlər göz qabağındadır. Belə ki, infrastruktur qurulur, yatırımlar edilir, regionların inkişafı ilə bağlı töhvələr verir.

Azərbaycanda liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasət və islahatların əsas prioritetləri siyahısındadır. Məqsəd iqtisadiyyatın lebrallaşması və bazara çıxış imkanlarının armasının mümkün olmasıdır. Bu istiqamətdə, xüsusən 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi müşəhaidə olundu.

Əsas olaraq Rəqabət Məcəlləsinin qəbul olunmasını göstərə bilərik. 17 ildir domuş vəziyyətdə qalan məcəllə, nəhayət, qəbul olundu və 2024-cü ildən qüvvəyə minəcək. Bu faktın özü ciddi bir addım deməkdir.

İnkişafa mane olan mənbələrin, neqativ halların aradan qaldırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə işlər görülür. Nəzərə almaq lazımdır ki, bununla bağlı kifayət qədər qanunvericilik bazamız var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu işlərin sürətləndirilməsini hər zaman xüsusi nəzarətdə saxlayır. Bütün dövlətimizin başçısının imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyasında yer alır.

Bu gün reallıqlara nəzər yetirsək, Azərbaycanda azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımlar atılır. Məsələn, investisiya təşviqi sənədini almış hüquqi və fiziki şəxslər həmin sənədi aldığı müddətdən 7 il içərisində xüsusi güzəştlər əldə etdilər və ya ixrac təşviqi şamil olunan mallar siyahısında nəzərdə tutulan məhsulların ixracı zamanı gömrük dəyərinin 3-6 faiz hissəsi büdcə hesabına geri ödənildi. Bu kimi təşviq və promo strategiyalar sahibkarların qeyri-neft sektoru sahəsində məhsul və xidmətlərin istehsalına investisiyalara yönəldi

Vüqar Bayramov: Təkmilləşmə Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradıb

Deputat Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasət və islahatların əsas prioritetləri siyahısındadır. Onun sözlərinə görə, məqsəd iqtisadiyyatın lebrallaşması və bazara çıxış imkanlarının armasının mümkün olmasıdır.

Deputat qeyd edib ki, bu istiqamətdə, xüsusən 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi müşahidə olunub:

“Qanunvericiliyin təkmilləşdirilməsi rəqabətin müdafiəsi və iqtisadiyyatın liberallaşmasını mümkün etdi. Düşünürəm ki, ən vacib şeylərdən biri Rəqamət Məcəlləsinin qəbulu, dövlət satınalmaları haqqında yeni qanun idi. Yeni qanunların qəbul edilməsi, həm də iqtisadiyyatın liberallaşması ilə bağlı qanunvericilik bazasının formalaşmasına imkan yaratdı”.

Müsahibimiz qeyd edib ki, təkmilləşmə sahibkarlar üçün yeni imkanlar yaradıb:

“Liberal iqtisadiyyatın formalaşması, ümumiyyətlə bazarın liberallaşması uzunmüddətli bir prosesdir, növbəti dövrlərdə də davam edəcək. Burda, xüsusən kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması kimi istiqamətlər var. Növbəti dövrlərdə bu istiqamətlərdə daha çox addımlar atılacaq. Ona görə də, son illər azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyətlər sistemləşdirilib və genişləndirilib. Növbəti illərdə də addımlar atılması gözlənilir”.

Asif İbrahimov: Danılmazdır ki, Azərbaycan iqtisadiyyatı ildən ilə böyüyür

İqtisadçı-ekspert Asif İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda azad sahibkarlığın təşviqi ilə bağlı bir sıra addımlar atılır. Ekspert qeyd edib ki, bu, ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilə ilə bağlıdır:

“2022-2024-cü illərdə dövlətin bununla bağlı silsilə şəklində atdığı addımlara diqqət yetirsək, görərik ki, ciddi işlər görülür. İstər kreditləşmə, istər subsidiya, istər sə də vergi məsələlərdində loyallaşmaya doğru bir çox addımlar atılır”.

Onun sözlərinə görə, liberal iqtisadiyyatla bağlı dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir:

“İnfrastruktur qurulur, yatırımlar edilir, regionların inkişafı ilə bağlı töhvələr verir. Lakin liberal iqtisadiyyat dedikdə söhbət özü özünü tənzimləyən iqtisadiyyatlardan gedir. Praktika bunu göstərir ki, postsoved ölkələri üçün buna keçid bir az çətin olur. Azərbaycanda dolların 1.70 manatda saxlanılması üçün bir sıra vasitələrdən istifadə edilir, yəni üzən məzənnədə deyilik. Bu baxımdan özü özünü tənzimləyən iqtisadiyyat demək bir az çətindir. Ancaq bununla bağlı görülən işlər göz qabağındadır. Ümumdaxili məhsulun istehsalında artımlar müşahidə olunur. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı ildən ilə böyüyür”.

Rəşad Həsənov: İqtisadi siyasətdə fundamental dəyişiklərə gedilməsində fayda var

İqtisadçı Rəşad Həsənov Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, bu sahədə tənzimləmə və nəzarət həyata keçirən qurumların fəaliyyətini əvvəlki illərlə müqayisə etmək düzgün deyil. Onun bildiridiyinə görə, o dövrlər müqayisədə xeyli irəliləyişlər görmək olar:

“Hüquqi təcrübələrin təkmilləşdirilib təzyiqlərin azaldılması, hüquqi çərçivələrin inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülüb”.

Həmsöhbətimiz deyib ki, lakin iqtisadi dinamika, iqtisadiyyata qoyulan xarici və yerli investisiyaların həcmi onu göstərir ki, qeyri-neft sahəsində vəziyyət elə də qənaətbəxş deyil:

“Bu sahədə tərəddüdlər qalmaqdadır, bunun üçün aydın müsajlar verilməlidir. Ona görə iqtisadi siyasətdə fundamental dəyişiklərə gedilməsində fayda olduğunu düşünürəm. Ümumi görünən odur ki, nəzarət olunan iqtisadi fəaliyyətlər, enerji layihələri hökumətin daha çox maraq dairəsindədir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024