• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bu ilin 4 ayında dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib

İQTİSADİYYAT

27 May 2025 | 10:31

Bu ilin 4 ayında dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 182,1 milyon manat kredit verilib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,2 % azalaraq 90,8 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 50 % artaraq 300 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.


SON XƏBƏRLƏR