• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq

CƏMİYYƏT

09 Iyun 2023 | 12:19

Bu müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yoxdur.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026