• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu rayonda QAZ OLMAYACAQ

CƏMİYYƏT

11 Iyul 2024 | 09:06

Bu rayonda QAZ OLMAYACAQ

“Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan Ucar şəhərini və rayonun 27 kəndini təbii qazla təmin edən müxtəlif diametrli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 11.07.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının (Ucar şəhəri, rayonun 27 kəndi) qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026