“Ekran işlərinə çəkilib və oradan alacağım qonorarı xəstəliyimə xərcləmək istəmirəm. Çünki, bu sənətdə əsəb və mədə xəstəliyi tapmışam. İstəyirəm ki, çalışdığım heyət, ssenari və qonorar görəcəyim işə dəysin”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri verilişlərin birinə açıqlama verən aktrisa Pərvin Abıyeva deyib.
Onun sözlərinə görə. qonorar uyğun olmadığı üçün film çəkilişlərini qəbul etmir:
“Serial və film təklifləri çox alıram. Amma ya ssenari və ya qonorar mənə uyğun olmur. Üzdə olum deyə gedib hansısa ekran işinə çəkilən biri deyiləm. Onsuz da mən üzdə, axtarılan və tələbatlı aktrisayam. Yaddan çıxılası bir insan deyiləm. Qoymaram ki, yaddan çıxım. Çünki unudulmağı sevmirəm. Amma gərək layihə də ona dəysin. Özümə dəyər, qiymət verirəm və hörmət edirəm”.
Müsahibəsində aktrisa tükənmişlik sindromu yaşadığını açıqlayıb:
“Yorulmuşam. Hamıdan və hər şeydən uzaq olmaq istəyirəm. Çəkilmişəm qabığıma. Bir az dincəlmək istəyirəm ki, enerji toplayım və yenidən qayıdım. İnsanlar məni çox yorur. Göründüyüm kimi deyiləm. Daxilim başqadır. İnsanları qınamıram. Görünüşüm, həqiqətən də zalım, özündən razı və davakardır. Amma əslində həssas və emosional bir insanam. Hər dəfə kimdənsə zərbə aldıqca və layiq olmadığım münasibət gördükcə sınıram. Gücsüz anımı istəmirəm kimsə görsün. Hazırda özümü hər şeyi və hamını boş vermiş vəziyyətdə kimi hiss edirəm”.
“Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm”,- deyə Pərvin Abıyeva sonda qeyd edib.
Xəyalə Rza
















