• Bakı C

    15.72 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

CƏMİYYƏT

29 Noyabr 2024 | 12:36

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Qanun layihəsi səsə qoyularaq  III oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025