• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çağırış Kuboku: Təmsilçilərimiz növbəti oyuna çıxırlar

İDMAN

15 Dekabr 2022 | 09:30

Çağırış Kuboku: Təmsilçilərimiz növbəti oyuna çıxırlar

Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub.

Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada baş tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR