• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cahid Bağçı Azərbaycana başsağlığı verdi

SİYASƏT

27 Yanvar 2023 | 11:53

Cahid Bağçı Azərbaycana başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, diplomat tviterdə yazıb.

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Yaralananlara təcili şəfalar diləyirəm”, - səfir bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026