• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cənubi Koreya Fransa ilə əməkdaşlığı nəzərdən keçirəcək

DÜNYA

02 Sentyabr 2024 | 11:03 | Müəllif: Gülşən Şərif

Cənubi Koreya Fransa ilə əməkdaşlığı nəzərdən keçirəcək

Cənubi Koreya hakimiyyəti dərin saxtakarlıqlar əsasında törədilən cinsi cinayətlərlə mübarizə tədbirlərini gücləndirmək niyyətindədir. 

Bakıvaxtı.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Seul rəqəmsal texnologiyalar sahəsində seksual cinayətlərə qarşı mübarizədə Parislə əməkdaşlıq haqqında düşünür. 

Hakimiyyət həmçinin Teleqram platformasının nümayəndələri ilə görüşün keçirilməsi imkanını da nəzərdən keçirir. Bu, Teleqramda saxta porno olan kanalların peyda olmasından sonra baş verib. Hadisə ictimaiyyət arasında hiddət dalğasına səbəb olub. 

Cənubi Koreya hökuməti qeyd edib ki, bu cür cinayətlərlə bağlı problem platformanın serverlərinin xaricdə yerləşməsidir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026