Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışmasını əsas gətirərək elan etdiyi hərbi vəziyyətə son qoymaq qərarına gəldiyini bəyan edib.
Bakıvaxtı.az bu barədə "Yonhap"a istinadla xəbər verir.
Belə ki, Yoon təxminən 5 saatdır ki, qüvvədə olan hərbi vəziyyət qərarının rəsmi olaraq ləğvi üçün kabinet üzvlərinin görüşünü gözlədiyini bildirib. Qeyd edib ki, toplantıdan dərhal sonra hərbi vəziyyətə son qoyulacaq.
Dövlət başçısı həmçinin bildirib ki, hərbi vəziyyətə son qoyulması tələbi ilə bağlı təklif Milli Məclisdə keçirilən səsvermədə qəbul edildikdən sonra hərbi vəziyyət qoşunları parlament binasından geri çəkilib.
Əli Hüseynov