• Bakı C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Cənubi Koreyada iki hərbi kəşfiyyat rəhbəri saxlanıldı

DÜNYA

15 Dekabr 2024 | 23:00

Cənubi Koreyada iki hərbi kəşfiyyat rəhbəri saxlanıldı

Cənubi Koreya polisi hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaq çərçivəsində Hərbi Kəşfiyyat Komandanlığının indiki və keçmiş rəhbərlərini həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Polis xüsusi istintaq qrupu hazırkı komandir general-mayor Mun San-ho və komandanlığın keçmiş komandiri Roh San-vonu saxladığını bildirib", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, prezident Yunn Sok-yeol qəfildən hərbi vəziyyət elan etdikdən sonra Mun Qvaçeondakı Milli Seçki Komissiyasının ofisinə qoşun göndərməkdə şübhəli bilinir. Ordu iki dəqiqə ərzində hadisə yerinə gəlib və bu, hüquq-mühafizə orqanlarının prezidentin hərbi vəziyyət elan etmək niyyətindən xəbərdar olduğunu və ya onun tətbiqində iştirak etdiyini güman etməyə səbəb olub.

Hazırda hərbi kəşfiyyat rəhbəri keçmiş müdafiə naziri Kim Yon-hyunun yaxın köməkçisidir. Müstəntiqlərin fikrincə, o, Yunu hərbi vəziyyətin tətbiqinə hazırlamaqda şübhəli bilinir.


SON XƏBƏRLƏR

15 Dekabr 2024