• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ceyhun Bayramov Qabrielyus Landsberqisi sülh barədə məlumatlandırıb

SİYASƏT

02 Dekabr 2022 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramov Qabrielyus Landsberqisi sülh barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsindən sonrakı dövr və Ermənistanla sülh səyləri barədə litvalı həmkarı Qabrielyus Landsberqisi məlumatlandırıb.

Bakıvaxtı.az  xəbər verir ki, C.Bayramov bu barədə tviterdə paylaşım edib.

Nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026