• Bakı 23° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ceyhun Bayramov və Sergey Lavrov mətbuat konfransı keçiriblər - YENİLƏNİB

SİYASƏT

28 Fevral 2023 | 12:10

Ceyhun Bayramov və Sergey Lavrov mətbuat konfransı keçiriblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı baş tutub. 

Bakıvaxtı.az xəbər verir ki, nazirlər Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı son vəziyyət, regional əməkdaşlıq və nəqliyyat dəhlizinin yaradılması məsələsi ətrafında fikirlərini bölüşüblər. 

 

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, nazirlər arasında təkbətək görüş başa çatıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb. 

 

11:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

Xatırladaq ki, S.Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.


Ceyhun Bayramov və Sergey Lavrov mətbuat konfransı keçiriblər - YENİLƏNİBCeyhun Bayramov və Sergey Lavrov mətbuat konfransı keçiriblər - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026