• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

İQTİSADİYYAT

08 Aprel 2021 | 21:02

Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

Çinin Tsindao şəhərindən Bakıya ikinci konteyner qatarı yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə "ADY Container" MMC-dən bildiriblər.

Qeyd olunur ki, qatar 51 ədəd 40-futluq konteynerdən ibarətdir.

Qatar Aktau limanına çatandan sonra konteynerlər Bakıya "ADY Container"in operatoru olduğu gəmi ilə Bakıya çatdırılacaq.

Şirkətdən bildiriblər ki, yüklərin böyük hissəsi Azərbaycan üçün nəzərdə tutulub:

"10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq. Biz ilin sonunadək Çin-Azərbaycan marşrutu ilə 50 konteyner qatarının yola salınmasını planlaşdırırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR