• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çörək yenidən bahalaşacaq: Ekspert inhisarçılığı tənqid etdi

GÜNDƏM

17 Sentyabr 2021 | 16:49

Çörək yenidən bahalaşacaq: Ekspert inhisarçılığı tənqid etdi

Avtomobil yanacağının bahalaşması istehlak sahələrində qiymət artımına səbəb olub. Xüsusən, ərzaq məhsullarının qiymətinin qalxması vətəndaşların narazılığına səbəb olub.

“Hansısa bir sahədə baş verən qiymət artımı digər sahələrdə bahalaşma prosesinə təkan verir. Bu, kütləvi şəkildə istehlakçıların hüquqlarının pozulmasıdır. Birmənalı şəkildə ölkədə inhisarçılıq siyasəti yürüdülür”.  

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Ekspert qeyd edib ki, dünya birjalarında məhsulun qiymətində ucuzlaşma olursa, dərhal bazar ona reaksiya verməlidir: “Biz bu prosesi Qərb ölkələrinin bazarında müşahidə edirik. Məsələn, orda cüzi də olsa, hər gün yanacağın qiymətində dəyişiklik baş verir.

Azərbaycanda isə qiymətlə fiksdir. Yəni, qiymətlər ancaq bahalaşmağa doğru gedir”.

F.İbrahimov bildirib ki, son zamanlar dünya birjasında taxıl məhsullarının qiymətində radikal şəkildə qiymət artımı müşahidə olunmur: “Müəyyən bahalaşma var. Bu da istehsalçıların verdiyi proqnozların yerinə yetirilməməsi ilə bağlıdır.

Bu il dizel bahalaşdan qiymət artımının qarşısını almaq üçün subsidiyaların ayrılacağı deyilirdi. Topdansatış və pərakəndəsatış üçün daşımaların dizel mühərrikli nəqliyyat vasitələrilə aparıldığını nəzərə alsaq, bu faktın da qiymətlərə təsir göstərdiyini görürük.

Qeyd edim ki, çörək istehsalçıları digər növ çörək məhsullarının da qiymətinin artması ilə bağlı qərar qəbul edəcəklər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026