Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 873 vaksin vurulub.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

















