• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Cuanşer Burçuladze  Zakir Həsənovla görüşəcək

CƏMİYYƏT

20 Dekabr 2022 | 17:19

Cuanşer Burçuladze Zakir Həsənovla görüşəcək

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq.

Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da ikitərəfli görüş keçirəcəyi qeyd olunub.

Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026