• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha 184 vətəndaşımız ölkəmizə təxliyə olundu

CƏMİYYƏT

16 Mart 2022 | 22:15 | Müəllif: Subhan Mahmudov

Daha 184 vətəndaşımız ölkəmizə təxliyə olundu

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.

Bakıvaxtı.az xəbər verir ki, indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.

Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.

Qeyd edək ki, Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026