• Bakı 29° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Daha bir evdə PARTLAYIŞ OLDU - 2 nəfər... - FOTOLAR - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2024 | 09:25

Daha bir evdə PARTLAYIŞ OLDU - 2 nəfər... - FOTOLAR - YENİLƏNİB

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

08:56

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

***

08:59

Abşeronda dərdi yaşayış evində partlayış olub.

Bu barədə Bakıvaxtı,az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə Novxanı kəndində qeydə alınıb.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

26 Iyul 2025