• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha çox növbədənkənar parlament seçkisi və referendum gözlənilirdi

SİYASƏT

07 Dekabr 2023 | 15:24 | Müəllif: Qalib İbrahimoğlu

Daha çox növbədənkənar parlament seçkisi və referendum gözlənilirdi

Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar seçkilər 2024-cü il fevralın 7-də keçiriləcək.

Xatırladaq ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə hakim Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalanmışdı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edilmişdi. Ötən seçkidə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü.

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əslində daha çox növbədənkənar parlament seçkisi və referendum gözlənilirdi.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda geosiyasi riskləri dügzün qiymətləndirərək belə bir Sərəncam imzalayıb: "Bu, qərar milli maraqlara uyğun siyasətdir. Düşünürəm ki, Azərbaycan üçün daha məqbul Prezident institutudur və bu institutun möhkəmləndirilməsi dövlətin milli birliyinə, təhlükəsizliyin qorunmasına xidmət edir”.

Onun sözlərinə görə, nəzərə alaq ki, 2024-cü ildə Rusiyada, ABŞ-da da prezident seçkiləri keçiriləcək. O baxımdan Azərbaycanda da növbədənkənar prezident seçkisi qərarı alınmaqla milli maraqlara, təhlükəsizliklə bağlı çağırışlara cavab verildiyini demək olar.

Məhəmməd Əsədullazdə: Nəzərə alaq ki, 2024-cü ildə Rusiyada, ABŞ-da da prezident seçkiləri keçiriləcək, o baxımdan...

“Bu, həm regional şərtlərdən, həm də beynəlxalq müstəvidə gedən proseslərdən irəli gəlir. Burada konkret olaraq Azərbaycanın Cənubi Qafqazda geostrateji mövqeyinin güclənməsindən söhbət gedir", - deyə Məhəmməd Əsədullazadə əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026