• Bakı 25° C

    12.17 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

DÇ-2026: Almaniya son anda qələbə qazandı 

İDMAN

21 Iyun 2026 | 08:02

DÇ-2026: Almaniya son anda qələbə qazandı 

2026-cı il dünya çempionatında E qrupunun II turunun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.

Toronto Stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matçda hesabı 30-cu dəqiqədə Fil Dişi Sahili açılıb. Frank Kessie fərqlənib.

İlk hissə Afrika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Bundestim axtardığı qolu 68-ci dəqiqədə vurub. Deniz Undav almanların bərabərlik qoluna imza atıb. Undav matçın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu da vurub.

Oyun Almaniyanın qələbəsiylə başa çatıb: 2:1.

İlk turu qələbə ilə başa vuran Almaniya xallarının sayını 6-ya çatdırıb. Fil Dişi Sahili isə 3 xalda qalıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026