"44 günlük Vətən müharibəsindən sonra ən çox eşitdiyimiz sual "Laçını niyə azad etməmisiniz" idi. Ancaq Laçın hamısından tez azad edildi".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Razi Nurullayev deyib
“Lakin niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədilər? Sonra dedilər niyə Xankəndi alınmır? O da oldu. Ağlın belə dərk etmədiyi, yuxunuzda belə görmədiyiniz gerçəklər yarandı. İlham Əliyev haqq etmir bir təbriki? Barmağınızı qatlayın, görün İsraildən başqa hansı ölkə terroru dəstəkləyən ciyanətkarları tutub başına torba keçirir? Nə qədər gec deyil, birlik olun”.
“Təklif edirəm ki, prezident İlham Əliyev üçün bir orden ad düşünək”, - deyə Razi Nurullayev qeyd edib.
Aytac Aslan