PSJ-dən ayrılan Anxel Di Mariyanın "Yuventus"a keçidi rəsmiləşib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, argentinalı yarımmmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.34 yaşlı oyunçu yeni klubunda ilinə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, Di Mariya 7 mövsüm oynadığı PSJ-nin heyətində 295 oyuna çıxıb, 93 qol vurub və 119 qolun ötürməsini vermişdi.
















