• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DİM-in məsləhət mərkəzlərinə müraciətlərin sayı artıb

CƏMİYYƏT

12 Avqust 2024 | 11:41 | Müəllif: Əli Hüseynov

DİM-in məsləhət mərkəzlərinə müraciətlərin sayı artıb

DİM-in məsləhət mərkəzlərinə müraciətlərin sayı artıb

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir. Səyyar abituriyent məsləhət mərkəzlərinin iş qrafiki və ünvanları barədə məlumatı linkdən əldə etmək olar.

Məsləhət mərkəzlərinin ünvanları Dövlət İmtahan Mərkəzinin saytında verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026