• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

DİQQƏT! Bu şəxslər qadağan edilən peşələrdə işləyə bilməyəcək - VİDEO

İQTİSADİYYAT

25 Sentyabr 2022 | 00:54

DİQQƏT! Bu şəxslər qadağan edilən peşələrdə işləyə bilməyəcək - VİDEO

Azərbaycanda qadın əməyinin qadağan olunduğu peşələrin sayı azaldılır.

Bununla bağlı əmək məcəlləsindəki müvafiq qanun layihəsinə dəyişiklik ediləcək. Sözügedən dəyişiklik ölkəmizdə qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılmasını, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasını nəzərdə tutur. Bəs zərif cinsin nümayəndələri həqiqətənmi bütün sahələrdə işləyə bilərlər? Suallarımızı ilk olaraq vətəndaşlara ünvanladıq. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki,  Əmək məcəlləsinə görə, təxminən 674 iş var ki, orada qadınların işləməsi qadağandır. Ancaq Ölkəmiz Beynəlxalq Əmək təşkilatının üzvü olduğu üçün buməhdudiyyətlərin aradan qaldırılması  tələb edilir. 

Bakıvaxtı.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, mövcud qanunvericilikdə qadın əməyinin qadağan edildiyi işlərin sayı azaldılaraq 204 çatdırılacaq.  

Sahib Məmmədovun fikrincə, dəyişiklikdən əvvəl bir sıra qanunvericilik aktları da nəzərdən keçirilməli olacaq. Həmçinin sözügedən qərarla qadınlarla kişilərin orta aylıq əmək haqları arasındakı fərq aradan qaldırılacaq.


SON XƏBƏRLƏR

18 Mart 2024