Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə protokol tərtib edib, iş baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.
İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Xatırladaq ki, Teymur Əhmədov adına “AzNar” QSC Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsusdur. O, bu QSC-ni öz atası Teymur Əhmədovun adına yaradıb.
İbRa







jpg-1687515514.webp)








