• Bakı C

    17.23 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Dövlət qurumlarını hədəfə alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

MULTİMEDİA

04 Aprel 2025 | 13:40

Dövlət qurumlarını hədəfə alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 milyon 263 min 430 elektron məktubu emal edib.

Bakıvaxtı.az xəbər verir ki, Report-un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, onlardan 3 milyon 555 min 558-ni istifadəçilərə çatdırılıb, 707 min 872-ni isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bildirilir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış məktubların sayı 4 % artıb.

Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.


SON XƏBƏRLƏR