“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tovuz Rayon Suvarma Sistemləri elan etdiyi iki tenderin qalibi bir şirkət olub.
Bakıvaxtı.az xəbər verir ki, "Subartezian quyularında hidromexaniki və hidrotexniki elektrik avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin satınalınması" və “Nasos stansiyalarda hidromexaniki və hidrotexniki elektrik avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin satınalınması” tenderlərinin nəticələrini elan edib.
Tenderlərin qalibi "Art Proje" MMC olub.
Qalib şirkət müvafiq olaraq 224 min 148 manat və 247 min 707 manat, ümumilikdə 471 min 855 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, sözügedən şirkət “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin milyon manat dəyərində olan tenderlərində qalib olub.
İbRa
















