• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında oldular

CƏMİYYƏT

27 Sentyabr 2023 | 11:41

Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında oldular

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycabn Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bakıvaxtı.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.


Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında oldularDövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında oldular
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026