• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünyada İLK - Türkiyədə lazer silahlı PUA sınaqdan keçirildi

DÜNYA

11 Dekabr 2021 | 19:49 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada İLK - Türkiyədə lazer silahlı PUA sınaqdan keçirildi

Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Anadolu” xəbər verir.

Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026