“Karnegi Klub” təlim mərkəzinin direktoru Nəcəf Allahverdiyev tərəfindən bu gün redaksiyamıza Embawood şirkəti ilə bağlı şikayət daxil olub.
Müştərinin sözlərinə görə, sözügedən şirkət istehlakçının haqlı tələbinə əməl etmir.
Bakıvaxtı.az-ın əməkdaşı məsələ ilə bağlı Embawood şirkətinə yazılı sorğu göndərib.
Şirkətin cavabını təqdim edirik:
“Redaksiyanıza daxil olan narazılıq ilə əlaqədar bildirmək istərdik ki, Allahverdiyev Nəcəf 21.09.2021-ci il tarixində Bakıxanova Nəcibə Nəcəf qızının adına Embawood İnşaatçılar mağazasından mətbəx masası əldə edib. Müştəri məhsulda yaranan çatışmazlıqla bağlı 05.10.2021-ci ildə 126 qaynar xəttinə müraciət edib. Şikayət müştəri tərəfindən yeni daxil olduğu üçün məsələ araşdırma mərhələsindədir. Ən qısa zamanda müştərinin narazılığı və yaranmış problem aradan qaldırılacaq”.
Nuranə Daxilqızı
















