• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ərdoğan Əsədlə Moskvada görüşəcək?

DÜNYA

02 Mart 2024 | 19:52

Ərdoğan Əsədlə Moskvada görüşəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti jurnalist Çətinər Çətinə istinadla məlumat yayıb.

O, görüşün Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyini vurğulayıb.

Bildirilib ki, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.

“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq. Şəxsən mən hadisələrin inkişafını məmnuniyyətlə və maraqla izləyirəm”, - deyə Çətin qeyd edib.

Məlumatla bağlı rəsmi açıqlama verilməyib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024