"İsrail öz ölkəsi ilə yanaşı, regionumuzu və bütün dünyanı fəlakətə sürükləyir".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu III Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, dünyada işğal, zülm və dağıdıcılıq siyasəti yeni başlamayıb:
"Fələstin xalqı 76 ildir zülmə məruz qalır. Fələstinin torpaqları mərhələli şəkildə işğal olunur. Qəzzada yaşanan vəhşiliyə bütün bəşəriyyət şahiddir. Türkiyə olaraq davam edən bu zülmə, qırğına və ədalətsizliyə qarşı hər platformada etiraz edirik. Biz bütün imkanlarımızla Fələstin xalqının yanındayıq və hər zaman da olacağıq".
Gülşən Şərif
















