"Biz tezliklə strateji tərəfdaşlığımızı hərtərəfli tərəfdaşlıq səviyyəsinə qaldıracaq sənədi imzalayacağıq".
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Qırğızıstanda keçirilən "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası"nda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə Qırğızıstanla ikitərəfli ticarət hədəfini 5 milyard dollara çatdırmaq niyyətindədir:
"İndi İsrailin Livana hücumları beynəlxalq sistemi təhdid edir. Türk Dövlətləri Zirvə toplantısında dərhal atəşkəsə çağırdıq. Fələstin probleminin həlli üçün səylərimizi davam etdirməyimiz vacibdir. Qırğızıstana İsrailə təzyiqi artırmaq üçün BMT də daxil olmaqla, çoxtərəfli təşəbbüslərimizi dəstəklədiyinə görə təşəkkür edirəm".
Gülşən Şərif