Türkiyənin milli təhsil naziri Ziya Selçuk vəzifəsindən azad olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Z.Selçuk işdən çıxmaqla bağlı ərizə yazıb və R.T.Ərdoğan onun ərizəsini qəbul edib.
Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Mahmut Özer 1970-ci il mayın 5-də Türkiyənin Tokat bölgəsində anadan olub. 1992-ci ildə İstanbul Texniki Unversitetinin Elekrtonika və İnformasiya Mühəndisliyi fakültəsini bitirib. Sonrakı illərdə müxtəlif universitetlərdə təhsilin davam etdirib. 2018-ci il avqustun 8-də milli təhsil nazirinin müavinin vəzifəsinə təyin edilmişdi.

Nuranə Daxilqızı
















