• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ərdoğanın dördlü format təklifi: Ermənistan Azərbaycan və Türkiyə ilə danışıqları davam etdirməlidir

Gündəm

18 Sentyabr 2023 | 14:11

Ərdoğanın dördlü format təklifi: Ermənistan Azərbaycan və Türkiyə ilə danışıqları davam etdirməlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında bir təklifi gündəmə gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Ərdoğan Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib: "Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz prezident İlham Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik". Ermənistanın baş naziri Nikol Paşinyan da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinə münasibət bildirib. Deyib ki, müxtəlif təkliflər və ideyalar var: "Mən heç birini açıqlamaq istəmirəm. Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq".

Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı dördtərəfli görüş təklifi çox maraqlıdır.

Professorun sözlərinə görə, Türkiyə bölgənin ən güclü ölkələrindən biridir: "Türkiyə hər zaman Azərbaycanın yanında yer almış ən yaxın müttəfiqidir. Şuşa Bəyannaməsindən sonra da Azərbaycan və Türkiyə arasında ikili münasibətlər ən üst müstəviyə qədəm qoyub. Qarşı tərəfdə kağız üzərində müttəfiqlik də olsa Ermənistan və Rusiya ikilisi var. O baxımdan 2+2 platforması çərçivəsində 4 region ölkəsinin rəhbərlərinin bir ara gəlməsi, müzakirə aparması olduqca məntiqli və uğurludur. Mən bunu daha öncə də təklif etmişdim”.

Toğrul İsmayıl: Ermənistan hər məsələdə olduğu kimi bunda da öz fitnə-fəsad mövqeyini ortaya qoyur

Müsahibimiz qeyd edib ki, blanslı regional siyasətin qalıcı sülhə çevrilməsi üçün bu cür yanaşmalar çox faydalıdır. Əlbəttə, Ermənistan hər məsələdə olduğu kimi bunda da öz fitnə-fəsad mövqeyini ortaya qoyur: “Reallıq odur ki, əgər bölgədə daimi barışı, davamlı əməkdaşlığı istəyiriksə, Ermənistan tərəfi həm Azərbaycan, həm də Türkiyə ilə danışıqları davam etdirməli, prosesi başa çatdırmalıdır. Rusiya da mövcud vəziyyətin hansı yerdə olduğunu, Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini çox yaxşı bilir”.

Onun sözlərinə görə, ən önəmli məsələ Türkiyənin bir əsr sonra yenidən Cənubi Qafqazda hərbi varlığını ortaya qoyması geopolitik vəziyyətin nə qədər dəyişməsinin göstəricisidir: “Danışıqlar müstəvisi hər tərəf üçün əlverişlidir. Təbii ki, hər kəs öz mövqeyini qorumağa çalışacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024