• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan hava məkanını Azərbaycana açdı

CƏMİYYƏT

08 Sentyabr 2021 | 13:08

Ermənistan hava məkanını Azərbaycana açdı

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib. Bunu "Flight Radar" resurslarının məlumatları sübut edir.

Bakıvaxtı.az “Vestnik Kavkaza” istinadən xəbər verir ki, Türk Hava Yollarının “Boeing -737” təyyarəsi sentyabrın 4 -də “TK326 Gəncə – Naxçıvan” reysini həyata keçirib. Təyyarə Gəncədən saat 9.57-də (5.57 UTC) havaya qalxıb və 10.32-də (6.32 UTC) Naxçıvana enib. Uçuş müddəti 35 dəqiqə olub. Uçuş Radarına görə, təyyarənin marşrutu Göyçə gölü (Sevan) və Ermənistanın Geqarkunik (Göycə mahalı) bölgəsi üzərindən keçib.

“Bu iş İrəvanın bütün qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini təsdiq edir”, –deyə nəşrin baş analitiki Andrey Petrov vurğulayıb.

Nəşrin baş analitiki Andrey Petrov əlavə edib ki,  Ermənistan hakimiyyəti mümkün qədər daxildə və diasporla problemlərin olmaması üçün rəsmi açıqlama vermədən hava məkanını sakit açmağa çalışıb. “Ermənistan hakimiyyəti bu hadisə ilə  ölkə iqtisadiyyatına və cəmiyyətinə mümkün qədər çox fayda gətirməyə çalışır”, – deyə  Andrey Petrov fikirlərini tamamlayıb.


Ermənistan hava məkanını Azərbaycana açdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026