• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT

GÜNDƏM

17 Avqust 2023 | 12:14 | Müəllif: Subhan Mahmudov

Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT

Ukraynanın işğaldan azad edilmiş ərazilərində Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko öz “Telegram” kanalında məlumat verib.

“Ukraynanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi zamanı bəzən gözlənilməyən nümunələr qarşımıza çıxa bilir. Məsələn, ərazidən tapılan “E-001” piyada əleyhinə minasının fotosu dərc olunub ki, bu mina Ermənistanda istehsal olunur. Bunun erməni minası olduğuna şübhə yoxdur, mən bu minaları şəxsən Qarabağda görmüşəm”, - deyə o bildirib.

“Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minalar verməsi barədə məlumat daxil olmayıb. Amma mən hələlik nəticələr çıxarmaq üçün tələsmək istəməzdım. İndiki mərhələdə bu minalardan nə qədərinin Rusiya ordusu tərəfindən istifadə edildiyini və ümumiyyətlə, bu minaların onların əlinə necə düşdüyünü söyləmək çətindir. Tədarük şəklində və ya qaçaqmalçılıq yolu ilə də ola bilər”, - deyə Kovalenko qeyd edib.

Onun sözlərinə görə, müvəqqəti olaraq işğal edilmiş Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər.

“Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağı ziyarət edib və döyüşə könüllülər göndərib. Gizli təchizat kanalı yaradılmış ola bilərdi”, - deyə Aleksandr Kovalenko vurğulayıb.


Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKTErmənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026