Ermənistanda son sutka ərzində daha 340 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 538 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3237-ə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 834 nəfərdir. Aktiv xəstələrin sayı 6208 nəfər təşkil edir.
















