• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Ermənistanın 1064 hərbçisi itkin düşüb” - Serj Sarkisyan

DÜNYA

17 Iyun 2021 | 10:46

“Ermənistanın 1064 hərbçisi itkin düşüb” - Serj Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın ofisi itkin düşən erməni hərbçilərin sayının göstərildiyi sənəd yayımlayıb.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, sənəd 6 apreldə Ermənistan baş nazirinin müavini Mher Qriqoryana və əmək və sosial məsələlər naziri Mesrop Arakelyana Hərbi Sığorta Fondu tərəfindən göndərilib.

Sənəddə deyilir ki, itən hərbçilərin sayı baş nazir Nikol Paşinyanın 14 apreldə ölkənin milli məclisində çıxışında iddia etdiyi kimi 321 nəfər deyil, təxminən üç dəfə çoxdur.

Sənəddə itkin düşənlərin sayı 1064 nəfərdir. Qeyd olunub ki, itkin düşən erməni hərbçilərin ailələrinə 500 milyon dram (təxminən 970 min ABŞ dolları) məbləğində təzminat verilib.

“Heç olmasa çıxıb insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - deyə Serj Sarqsyan vurğulayıb

O, hakimiyyətin insanlara münasibətindən təəccübləndiyini qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026