• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Əskiparadakı kilsə Ermənistan ərazisində qalacaq" - KİV

GÜNDƏM

22 Aprel 2024 | 17:40

Əskiparadakı kilsə Ermənistan ərazisində qalacaq - KİV

Ermənistan baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın ofisi Tavuşun Əskipara kəndində yerləşən kilsənin Ermənistan ərazisində qalacağını açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı razılaşmalar həyata keçirildikdən sonra Əskipara kilsəsi Ermənistan ərazisində qalacaq.

Bundan bir neçə saat öncə isə sözügedən kilsənin ətrafında minaların təmizlənməsi işləri həyata keçirilirdi. 

Xatıradaq ki, Aşağı Əskipara kəndi və Qazaxın digər 3 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olunub. 


SON XƏBƏRLƏR

08 May 2025