• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Fərid Qayıbov: "Nazir olandan sonra dostlarımın sayı artıb"

İDMAN

12 May 2022 | 20:25 | Müəllif: Subhan Mahmudov

Fərid Qayıbov: "Nazir olandan sonra dostlarımın sayı artıb"

"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: "Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir".

F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: "Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram (gülür)".(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026